Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gəncədə tələbənin kafe sahibini bıçaqlayaraq öldürməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO
Gəncədə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib.
Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb.
Gəncədəki universitetlərdən birinin tələbəsi olan Samir Hüseynovun kafedə müvəqqəti günəmuzd işlədiyi bildirilir. İlkin ehtimala görə, mübahisə tərəflərdən birinin söyüş söyməsi nəticəsində qızışıb. Hadisə ilə əlaqədar kafenin fəaliyyəti dayandırılıb.
Hadisəni törətməkdə təqsirləndirilən 19 yaşlı Samir Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Daha ətraflı süjetdə:
13:06
İyunun 28-si, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1988-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
12:36
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"DİN" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər