Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
General Məmmədovun məhkəməsi: 128 cildlik cinayət, büdcəyə ödənilən 40 milyon
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.
Generalın vəkili Rəşad Mirmehdizadə bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib və bu proses davam edir. Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib. Yüksəkvəzifəli maliyyə xidməti rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs olunub.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dəhşətli cinayətlər planlaşdıran DƏSTƏ ələ keçdi
- "Məşədi Dadaş"ın imamını öldürmək istəyən şəxs: "O adamdan qan çıxmalı idi, buna icazəm var"
- DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında
- General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Rəylər