Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib.
İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman onları ayırmağa çalışan oğlu Elvin Aslanov bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisədən sonra Şahin Aslanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətlə yetirilən Elvin Aslanov fitnes klubunun rəhbəri olub.

Goranboy rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.
İlkin məlumata görə, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Şahin Aslanov ailə münaqişəsi zəminində yaşadığı evdə oğlu, 1993-cü il təvəllüdlü Elvin Aslanova kəsici alətlə xəsarətlər yetirib.
Ağır xəsarətlər alan 33 yaşlı Elvin Aslanov hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Aslanovun qətlində şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.