Goranboy rayonunda, Dəlməmmədli qəsəbəsindəki uşaq musiqi məktəbinin müəllimi özünü güllələyib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, məktəbin müəllimi sinif otağında ov tüfəngini ürəyinə dayayaraq tətiyi çəkib.
Ürəyi parçalanan müəllim elə yerindəcə keçinib.
Özünü öldürən zaman müəllim sinif otağında tək olub. Güllə səsinə onun olduğu otağa gələn müəllimlər iş yoldaşını qan içərisində görüblər.
Goranboy rayon Prokurorluğundan bildirilib ki, müəllimin özünə qəsd etməsinin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, müəllimin çox miqdarda borcu olub. Borcu qaytarmaq imkanı olmadığına görə ölümlə borc verənlərdən canını qurtarıb.
E.Ə.
www.oxu.az