Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan - Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev saxlanılıblar. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər - Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıblar. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Tovuzda silahlı narkokuryer saxlanılıb
- Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
- Türkiyədə 3 iranlının mədə və bağırsaqlarından 91 paket narkotik çıxdı
Rəylər