Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Demokratların ən böyük sponsoru Baydenin "yarışdan" çıxmağını istəyir
Demokratlar Partiyasının ən böyük donorlarından biri, "Netflix"in baş direktoru Rid Hastinqs ABŞ Prezidenti Co Baydeni namizədlik yarışından geri çəkilməyə çağırıb.
"Dinamik bir demokrat liderin Trampı (ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp) məğlub etməsinə və bizim təhlükəsizlik və firavanlığımızı təmin etmək üçün Bayden kənara çəkilməlidir.
"Axios" Demokratlar Partiyasındakı mənbəyə istinadən yazır ki, böyük iş adamları Konqres seçkisində demokratlara dəstəyi artırmağı planlaşdırır. Bu, Baydenin seçki kampaniyası üçün maliyyəni azaldacaq, lakin o qalib gələrsə, Trampa mane olacaq.
Mənbə: RBC
"ABŞ-də prezident seçkisi" teqi üzrə xəbərlər
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- ABŞ-də Trampın üçüncü müddətə necə qala biləcəyi açıqlandı
- Demokratların Bayden barədə gizli planı: Qrim, teleprompter və prezidentin ölümünə hazırlıq
- Tramp seçicilərdən vətəndaşlıqlarının sübutunu tələb edir
- ABŞ-li demokrat konqresmen Trampın Konqresdəki çıxışını kəsdi, zaldan çıxarıldı