Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi aşkarlanıb.

T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.