Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona "saxla" işarəsi verilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Vurğulanıb ki, yoxlama zamanı sürücü Murad Əfəndiyevin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə M.Əfəndiyevin sürücülük hüququ iki il müddətində məhdudlaşdırılmaqla 30 gün inzibati həbs olunub.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar
- Ağcabədidə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar
- Naxçıvanda ƏMƏLİYYAT: Saxlanılanlar var
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub
Rəylər