Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Göygöldə 17 min manatlıq cinayət: Saxta sənədlə büdcəni taladılar
Göygöl rayon sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Murad Məhərrəmovun Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda stasionar və ambulator müalicə olunmadığı halda, guya 19.05.2016-cı il tarixdən 11.07.2016-cı il tarixədək orada stasionar müalicədə olmasını göstərən xəstəlik tarixindən saxta çıxarışı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etməsinə, qeyd olunan tibb müəssisəsinin həkim məsləhət komissiyasının, eləcə də 24 saylı Goranboy Tibbi-Sosial Ekspert Komissiyasının həmin vaxt çalışan vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Murad Məhərrəmova qanunsuz əlillik dərəcəsi təyin etmək məqsədilə müvafiq tibbi sənədləri mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməsinə və nəticədə vətəndaşa 05.10.2016-cı il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən 17 min manatdan artıq pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəylər