Aprelin 7-də saat 09:00 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqda avtomobil oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mitsubishi” markalı avtomobilin qaçırılmasında həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov şübhəli bilinib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saat 11:00 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.