Gürcüstanda Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Baş idarəsinin əməkdaşlarının həyata keçirdikləri axtarış-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması və saxlanılmasına görə 1964-cü il təvəllüdlü Elmira O. adlı azərbaycanlı qadın saxlanılıb.
Oxu.Az “Qruziya onlayn” saytına istinadla xəbər verir ki, saxlanılan şəxsin mənzilində axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 7,7707 qram narkotik maddə olan heroin aşkar ediblər.
Faktla bağlı narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması maddəsi üzrə istintaq aparılır.