Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hakimə söz verdi, həbsdən azad edildi: "Daha içməyəcəyəm..."
Azərbaycanda meşədə sərxoş vəziyyətdə dövlət qurumlarının qaynar xəttinə zəng edən şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1982-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuş C.V. bir sıra dövlət qurumlarının qaynar xəttinə zəng edərək, özünü öldürəcəyini deyib.
Dərhal hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb ediliblər, şəxsin yeri müəyyən olunub. Nazirliklərin əməkdaşları C.V.-ni sərxoş vəziyyətdə meşədən tapıblar. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, çox böyük səhv etdiyini və bir daha belə hallara yol verməyəcəyini deyib. O, hakimə söz verərək, bundan sonra spirtli içki qəbul etməyəcəyini bildirib və məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edib.
Hakim Osman Vəliyev təqsirləndirilən şəxsin verdiyi sözü nəzərə alaraq, onu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 150 manat cərimə edib. C.V. məhkəmə zalından azad edilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
- Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu
- Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
- Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar: Məhkəmə qərar verdi
- Yuxudan ayılanda özünü çılpaq görən qız sevgilisini ölümcül hala saldı
Rəylər