Ələt qəsəbəsində gizlədilən narkotik aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində, su nasosu mühərrikinin arxasında gizlədilmiş, ümumi çəkisi 181.14 qram qurudulmuş marixuana və üç ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
