Sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın ailəsi kiçik oğlu Tamerlanın doğum gününü qeyd edib.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, balaca Tamerlanın doğum günü anasının həbs olunduğu günə təsadüf etsə də, ailəsi və yaxınları balaca Tamerlanı ad günündə tək qoymayıb.
Ad günü törənində Tamerlanın nənəsi, xalası, dayısı da iştirak edib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.
Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.