Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Həbsxanaya "patı"lı konfet keçirmək istədilər
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.
Məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8.101 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- "Şəffaflıq Azərbaycan" fəaliyyətinə xitam verdi
- Özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara XƏBƏRDARLIQ
- Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir