3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Oxu.Az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tahirovun gətirdiyi sovqatın içərisinə baxış zamanı bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 (üç) bükümdə xalis çəkisi 7.141 qr olan narkotik vasitə “tiryək” və 1 (bir) bükümdə xalis çəkisi 0.32 qr olan narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.