Azərbaycanlı pianoçu Abuzər Manafzadə Türkiyənin ATV telekanalında yayımlanan “Milyonçu” şousunda böyük məbləğdə pul qazanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunun Türkiyədəki versiyasında 12 sual var və maksimal uduş məbləği 1 milyon türk lirəsidir. Abuzər Manafzadə 10-cu suala qədər cavab verərək 60 min lirə (təxminən 30 min dollar) qazanıb.
Qeyd edək ki, həmin məbləği sözügedən oyunun Türkiyədəki versiyasında iştirak edən azərbaycanlı oyunçulardan hələ heç kim qazanmayıb. Abuzər Manafzadə tanınmış musiqiçi İslam Manafovun oğludur.
Aytən Sadıqzadə
www.oxu.az