Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Bakı şəhər sakini Sevinc Əhmədli tutulub
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Əhmədlinin gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və o, tutulub.