Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) həyata keçirilən yoxlamalara və həbslərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib.
Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.cə şəhər TTYX-nın Travmotologiya şöbəsinə yerləşdiriliblər. Hər iki xəstəyə tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.