Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İdmançı tərəfindən çənəsi sındırılan qazinin SON VƏZİYYƏTİ - FOTO/VİDEO
Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi qazisi Namiq Babayevin son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazinin çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəylər