Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
 (1):1200.jpg)
Qazinin çənəsini sındıran idmançı həbs edildi - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.
Oxu.Az-ın məlumatına görə, R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Toplanan sənədlər Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarı ilə R.Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, döyüş növləri üzrə peşəkar idmançı əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Bu zaman Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Könül Cəfərli
"Füzuli" teqi üzrə xəbərlər
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Ceyhun Kərəmov: "Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib"
- Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib