Qazaxıstan parlamentinin deputatı Svetlana Romanovskaya Türkiyənin Bələk kurortunda azərbaycanlı oğlana görə bir-birini qana bulayan iki qazax qızı haqda yazıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Romanovskaya Facebook səhifəsində bildirib: “Azərbaycandan olan oğlana görə bizim ölkəmizdən olan iki qızın bir-biri ilə qan axana qədər necə dalaşdıqlarını müşahidə etdim...Polis çağırdılar...Ümumiyyətlə!!!! Bütün otel 4 gündür ancaq bu haqda danışır və yazır”.
Deputatın statusunda deyilir ki, dalaşan qızlardan birinin anası dava zamanı Azərbaycandan olan oğlanı döyüb. “Mən də bu qırğını dayandırmağa çalışdım” Romanovskaya yazır.