Metronun “Elmlər Akademiyası” stansiyasında təmirə dayanan eskalator istifadəyə verilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu məcburi dayanma olub.
Çünki hər bir eskalatorun 100 min km yürüş müddəti var ki, bu müddəti başa vuranda o əsaslı təmir üçün saxlanılmalıdır.
“Təmir zamanı bütün detallar dəyişirilir və tamamilə yeni formada istifadəyə verilir”.
Xatırladaq ki, təmir işlərinə iyun ayından başlanılmışdı. N.Paşayev eskalatorlarda aparılan təmirin iki ay davam edəcəyini bildirmişdi.