Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən edilib.
Ş.Tağızadə barəsində protokol tərtib edilib və o, 750 manat məbləğində cərimə olunub.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
- Narkotikin təsiri altında olan sürücünün avtoxuliqanlıq etməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi
- Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən iki sürücü saxlanılıb
- Polisə tabe olmayan sürücü həbs edilib
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi