Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər ƏLƏ KEÇDİLƏR
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər - Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Şahnaz Bəylərqızı SAXLANILDI
- Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Keçən il vətəndaşların bank kartlarından 22 milyon manatdan artıq vəsait oğurlanıb
- Cəbrayıl şəhərciyində qadın narkotikə görə həbs edildi
Rəylər