Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?
- Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir
- İrandan Azərbaycana 75 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
- DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib
- 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI