Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İrandan Azərbaycana gətirilən 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi (DIN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, idarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.
K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Kolumbiyada ölkə tarixinin ən böyük kokain yüklərindən biri müsadirə edildi
- Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
- Tovuzda silahlı narkokuryer saxlanılıb
- Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
Rəylər