ABŞ-li aktyor və üçqat "Qızıl Qlobus" mükafatçısı Tom Kruz Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edib.
Bu barədə Oxu.Az Sportbox.ru nəşrinə istinadən bildirir.
Məlumata görə, Fransa paytaxtının "Stad de Frans" stadionunda keçirilən mərasim zamanı 62 yaşlı aktyor arenanın damından iplə mərasim iştirakçılarının yanına enib. O, Olimpiya bayrağını götürüb, daha sonra göstərilən videogörüntülərdə isə onun bayraqla birlikdə Parisdə motosiklet sürməsi, daha sonra Atlantik okeanı üzərindən keçməsi və 2028-ci ildə Yay Oyunlarına ev sahibliyi edəcək Los-Ancelesə uçması əks olunub. Bununla da stadionda bayrağın Los-Anceles-2028-in təşkilat komitəsinə təqdim edilməsi mərasimi başa çatıb.
Qeyd edək ki, Parisdə keçirilən oyunların bağlanış mərasiminə 270 aktyor, həmçinin 205 ölkənin nümayəndə heyəti cəlb edilib.
ABŞ-li aktyor və üçqat "Qızıl Qlobus" mükafatçısı Tom Kruz Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edib.
Rəylər