Aktyor Tom Kruzun qızı atasının soyadından imtina etməsini hüquqi cəhətdən rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, "Page Six" nəşri əlaqədar sənədlərə əsaslanaraq bu barədə məlumat yayıb.
"Suri Kruz ayrı yaşadığı atası ilə əlaqələrini rəsmən kəsib. Tom Kruz və Keti Holmsun iyirmi yaşlı qızı qanuni şəkildə Kruz soyadından imtina edərək, onu Noel adı ilə əvəzləyib", - deyə məqalədə qeyd olunur.
Məlumata görə, Noel Surinin anasının ikinci adıdır.
Qaynar xətt:
(055) 224 12 12