İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem Los-Ancelesdə yerləşən "Şöhrət xiyabanı"nda öz ulduzuna layiq görülüb.
Oxu.Az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, Hollivudda Bekhemin şərəfinə xatirə lövhəsi - ulduzu açılıb.
Mərasimdə məşhur aktyor Tom Kruz, Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem və onların övladları iştirak ediblər.
Bekhem bu hadisənin onun üçün bir yuxu kimi göründüyünü etiraf edib. O bildirib ki, fəhlə məhəlləsində böyümüş sadə bir oğlanın nə vaxtsa kino ulduzları və dünyaşöhrətli simalarla eyni sırada yer alacağını təsəvvür etməsi belə çətin idi.
Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerasını 2013-cü ildə başa vurub.