İrandan Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.
“Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1 400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb”, - deyə qurumdan qeyd edilib.
Xatırladaq ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Ülviyyə R. Əli
www.oxu.az