Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrandan Azərbaycana tramadol daşıyan Türkiyə vətəndaşına hökm oxundu
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə olan külli miqdarda tramadol həbləri daşımaqda təqsirləndirilən Türkiyə vətəndaşı Serkan Alagözün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Alagöz 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Serkan Alagöz TIR sürücüsü olub və özünə məxsus yük maşını ilə yükdaşımalar həyata keçirirmiş. Türkiyədən İrana yük aparan S.Alagöz İrandan Azərbaycana 250 min lirə (təxminən 11 min AZN - red.) qarşılığında külli miqdarda narkotik vasitə olan tramadol həbləri gətirməyə cəhd edib. O, ümumi çəkisi 6.5 kiloqram olan 28 605 ədəd güclü təsiredən maddəni - tramadol dərman preparatlarını ölkə ərazisinə keçirmək istəyərkən Naxçıvanda gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Aqil Vəlili
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
- Tiktoker İlhamə Elşadqızı məhkəmədə ifadə verib
- Abşeronda ƏMƏLİYYAT - Keçmiş məhkum 48 kiloqram narkotiklə ƏLƏ KEÇDİ
- Bakı Şəhər Baş Polis İdarəsi Arif Məmmədovun axtarış dosyesini yaydı