Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Koroğlu" stansiyasının qarşısındakı zəncirvari qəzada xəsarət alan var
Aprelin 30-da Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının qarşısında 90-US-646 dövlət qeydiyyat nişanlı "Haval" markalı avtomobil idarəetmədən çıxaraq 99-GL-136 dövlət qeydiyyat nişanlı "Ford" və 77-SQ-313 dövlət qeydiyyat nişanlı "Hyundai Sonata" markalı minik avtomobilləri ilə toqquşub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.
O bildirib ki, zəncirvari qəza saat 17:52-də baş verib:
"Haval" markalı avtomobilin sürücüsü xəsarət alıb".
Məhərrəm Əliyev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar