Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya "qarışıq ərzaq" yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İrandan Britaniyaya narkotik daşıyanlar Naxçıvanda ələ keçdilər - FOTO - VİDEO
Qaynar xətt:
(055) 224 12 12