Hindistanın şərqində Charkhand ştatında ildırım vurması nəticəsində ən azı 13 insan həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yerli polis orqanlarına istinadən məlumat yayıb.
"Dünyasını dəyişən 13 ştat sakinindən 8-i Giridh, 3-ü Dumka, 2-si isə Latehar rayonunda qeydə alınıb", - deyə polis idarəsindən bildirilib.
Hələ yanvar ayında Hindistan Meteorologiya Departamenti tərəfindən verilən açıqlamada 2025-ci ildə Charkhand ştatında 200-dən artıq ölüm faktının baş verdiyi və bunların başlıca səbəbinin "tufan vaxtı şiddətli ildırım zərbələri" olduğu vurğulanmışdı.