Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf sellofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.