Bu gün İspan nəşri Ragar Espana bir neçə gün öncə baş verən Günel Nuriyevanın dəhşətli qətlinə dair material dərc edib.
Oxu.Az xəbər verir ki, nəşr Azərbaycanın LGBT-icmasına istinadən iddia edir ki, cinayət homofobiya əsasında törədilib – belə ki, qız bacısının lezbiyan olduğu üçün boğazını kəsib.
“O, evə tez-tez lezbiyanları gətirirdi və onlar anamızın yatağında yatırdılar”, - nəşr qatilin sözlərini sitat gətirib. – “Bunu bildikdən sonra ondan bu hərəkətlərinə son qoymasını xahiş etdim, amma o məhəl qoymadı. O zaman mənə vəhy gəldi ki, onu öldürməyin zamanı yetişib”.
Ragar Espana yazır ki, hüquq-mühafizə orqanları törədilən cinayətin qəddarlığından heyrətə gəliblər. “Bu cinayət LGBT nümayəndələrinə nifrətə əsaslanıb. Homofobiyaya son qoyun!”, - LGBT üzvləri öz manifestlərində bildiriblər.