“Eurovision- 2014” təmsilçimiz Dilarə Kazımova sosial şəbəkədə üzü qan içində yeni fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı “Qadınlara şiddətlə bağlı yeni sosial layihə keçirilir. Məqsəd qadınlara, uşaqlara və yaşlılara qarşı şiddətə “yox” deməkdir. Çəkilişdə digər məşhur simalar da iştirak edib. Layihənin rəhbəri Şəfiqə Fərzəliyevadır”, -deyə fotoya şərh yazıb.
Qeyd edək ki, D.Kazımova sentyabrda türkiyəli iş adamı Mərt Aslanla ailə həyatı qurub.

Aytən Sadıqzadə