Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndindən keçən 40-cı kilometrliyindəki kafedə fahişəxana aşkarlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kafenin sahibi Aydın Məmmədov Goranboy rayon sakinləri Kəmalə Fazilli və Turanə Səfərovanı fahişəliyə cəlb edib. Qadınlar müştərilərə intim xidmət göstərirmiş.
Polis tərəfindən saxlanılan qadınların sözlərinə görə, onlar bu yola əldə etdikləri pulu Aydın Məmmədov ilə yarıbayarı bölürmüşlər. Qadınlar çirkli yola düşmələrini imkansızlıqları ilə əlaqələndirirlər.
Yeməkxana adı altında əxlaqsızılıq yuvası açan Aydın Məmmədov və onunla iyrənc iş birliyində olan iki qadın barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, əməliyyatı Biləsuvar rayon Polis Şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşları həyata keçirib.