Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kafedə tanışına 17 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA
Xaçmazda tanışını öldürməyə cəhd edən Faiq Cəbrayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.
İttihama görə, Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.
Faiq Cəbrayılovun bu əməli törətməsinə səbəb K.Niftəliyevin sərxoş vəziyyətdə ona təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə F.Cəbrayılova kiçik xəsarət yetirib.
Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq K.Niftəliyevi öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
"Sumqayıt Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- İnternetdə tanış olduğu qadına görə evindəki duzqabıya kimi satdı - Cinayət işi
- Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə
- Bacısını vəhşicəsinə qətlə yetirən qardaşa cəza verildi
- Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
- Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi