Qara Qarayev prospektində saxlanılmış silahlı “terrorçu” pul qazanmaq fikrinə düşən keçmiş məhbus imiş.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon 25-ci polis bölməsində bildirilib.
Xatırladaq ki, dünən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti əvvəllər də məhkum olunmuş Vasif Camalovun saxlanılması barədə məlumat yayıb.
Saxlanılan zaman onun idman çantasından Kalaşnikov avtomatı, 2 patron darağı və 45 kalibrli 108 güllə çıxıb. Bundan başqa, onun üstündə 0,170 qram heroin olub.
Bəzi KİV Camalovun terrorçu olduğunu belə fərz ediblər. Polis bölməsində isə 40 yaşlı Camalovun istintaqın müəyyən etmədiyi insana 500 manat müqabilində avtomat və güllələri satmaq istədiyini bildirdilər.
Saxlanılan şəxsin sözlərinə görə, narkotik maddədən başqa qalan hər şeyi tapıb.
Məlumdur ki, Camalov qarətə, narkotiklər və digər cinayətlərə görə cəza çəkib.