Qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, fevralın 13-də daxil olmuş məlumat əsasında Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının saxladığı şəxs Əli Zülfüqarovdur.
Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı bir ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, iki ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.
Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.