Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kart hesabını yoxlamaq istəyən yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinə 73 yaşlı bir nəfərin kartındakı 500 manat pulun oğurlanması ilə bağlı müraciət daxil olub.
"Report" xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əməli törətmiş 2006-cı il təvəllüdlü C.Ağayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, kart sahibi bankomata yaxınlaşaraq digər bir şəxslə birlikdə hesabındakı məbləği öyrənmək istəyib.
Bu zaman səhvən hesabdan pul çıxarsalar da, bundan xəbərsiz olduqları üçün məbləğ çıxmadan oradan uzaqlaşıblar. Kənarda dayanıb baş verənləri müşahidə edən yeniyetmə isə çıxan məbləği oğurlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşları Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlayıblar
- Bakıda mağazadan 85 min manatlıq saatı oğurlayan çinlilərə HÖKM OXUNDU
- "Kuruluş Osman" serialının aktyoru oğru çıxdı
- Toyda qaçırılan uşağın nənəsi danışdı: "Günorta saatlarından izləyirmiş"
- Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu