Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ramil İmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.İmanov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 1-də Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Qəsdən adam öldürməyə cəhd" teqi üzrə xəbərlər
- Elnarənin başına daşla vurularaq öldürüldüyü yerdən GÖRÜNTÜLƏR
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Həyat yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR
- Keçmiş arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı
- Bakıda qızını öldürməyə cəhd edən ataya HÖKM OXUNDU
Rəylər