Sabirabad şəhər sakini Raqif İsmayılovu qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşad Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş R. İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov tutulub.