Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi, ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. O, ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, bağbanın vəfat etdiyi bağ keçmiş millət vəkili Ərəstun Cavadova məxsus olub.
A.M.