Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib
Külli miqdarda dələduzluqda ittiham olunan, daha sonra məhkəmə tərəfindən bəraət alan şəxs yenidən həbs edilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alan Vüqar Elşad oğlu Məhərrəmov barəsində prokurorun verdiyi prostestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun protesti haqlı hesab edilərək təmin edilib.
Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökmlə V.Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Kartlardan pulların oğurlanmasında bankların məsuliyyəti nədir?
- Milyonçunun pulunu mənimsəməkdə ittiham olunan şəxs Səfər Əbiyevin keçmiş kürəkəni olub?
- Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
- Prokuror "Talassemiya işi"nə görə təqsirləndirilənlərə ağır cəza istədi
- Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar