Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprel ayının 22-də DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb.
Sərhəd zastavası dərhal "Silaha!" komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" avtomobili ilə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri - 1996-cı il təvəllüdlü Namik Hamil oğlu Mehrəliyev, 1993-cü il təvəllüdlü Peyman Əhməd oğlu Babayev və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Məhəmməd Rəşid oğlu Cavadov şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
- Tiktoker İlhamə Elşadqızı məhkəmədə ifadə verib
- Abşeronda ƏMƏLİYYAT - Keçmiş məhkum 48 kiloqram narkotiklə ƏLƏ KEÇDİ