Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.
Oxu.Az "Qafqazinfo"ya istinadən bildirir ki, S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisəyə səbəb elə əldə edilən bal məhsulu üstündə yaranıb.

Laçın rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zaman hadisəni törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyev saxlanılıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.