Gürcüstan Gömrük Departamentinin əməkdaşları ölkə ərazisinə gömrük nəzarətindən yan keçərək çoxlu sayda qızıl və brilyant məmulatlarının keçirilməsi cəhdinin qarşısını alıblar.
Oxu.Az bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verir.
Qaçaqmalın Gürcüstan ərazisinə keçirilməsi faktı üzrə Azərbaycan vətəndaşı Urfat Rusalova saxlanılıb.
Onun barəsində CM 214-cü maddəsinin 1-ci bəndinə dair isitintaq aparılır. Bu maddə üzrə təqsirli bilinən şəxsi 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.